Ərdoğan: "Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
TodayPress TV xəbər verir ki, Türkiyə lideri regionda sülhü və sabitliyi daim dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.