Ən yaxşı kameraya sahib 5 flaqman smartfon
Dünya
20.05.2025 19:30
“Palaç” portalının redaksiyası fotoqrafiya imkanlarına görə seçilən 5 qabaqcıl smartfonu açıqlayıb.
TodayPress TV xəbər verir ki, siyahıya “Honor Magic7 Pro” rəhbərlik edir.
Onun qiyməti 76,3 min rubl səviyyəsindədir. Model 50 MP ön kamera, “ToF 3D”
sensoru və 50, 200 və 50 MP-lik arxa kamera modulları ilə təchiz olunub. Bundan
əlavə, 6,8 düymlük 1.5K “LTPO OLED” ekran, “Snapdragon 8 Elite” çipi, 5850
mAh-lıq akkumulyator, 100 və 80 Vt-lıq simli və simsiz enerji yığma imkanları, “IP69”
qorunması, stereo səs və “NFC” funksiyası mövcuddur.
İkinci yeri “Google Pixel 9 Pro XL” tutur. Qiyməti 81 min rubldan başlayan
model 42 MP-lik selfi kamerası, 50 MP əsas, 48 MP-lik beşqat optik zumlu
teleobyektiv və 48 MP ultra-geniş kamera ilə təchiz olunub. Eyni zamanda, 6,8
düymlük “QuadHD LTPO OLED” ekran, “Tensor G4” prosessoru, 5060 mAh batareya və
37 Vt-lıq sürətli enerji yığımı, “IP68”, stereo səs və “NFC” təqdim edir.
İlk üçlüyü “Samsung Galaxy S25 Ultra” tamamlayır. 200, 10, 50 və 50 MP-lik
arxa kameralar və 12 MP-lik ön kamera, “Snapdragon 8 Elite for Galaxy” çipi və
5000 mA·s-lıq batareya ilə təchiz olunub. Cihaza “S-Pen” stilusu və “Samsung
DeX” funksiyası da daxildir.
Siyahıda həmçinin “iPhone 16 Pro” və “Xiaomi 15 Ultra” modelləri də yer
alıb.
Qiymət Mahir
tag: Kamera,Smartfon,Google,Samsung,Apple,todaypress.tv,