Ən böyük DDoS hücumu 7,3 Tbit/s gücündə olub

Dünya

21.06.2025 19:00

Kibertəhlükəsizlik şirkəti "Cloudflare" tarixdə qeydə alınan ən güclü DDoS (xidmətin göstərilməsindən imtina) hücumlarından birini açıqlayıb.

TodayPress TV xəbər verir ki, hücumun intensivliyi saniyədə 7,3 terabit təşkil edib.

"Cloudflare"in məlumatına görə, hücum cəmi 45 saniyə davam etsə də, bu müddət ərzində hədəfə 37,4 terabayt həcmində məlumat ötürülüb.

Bu göstərici təxminən 9300 HD keyfiyyətli filmə və ya 7500 saatlıq HD yayıma bərabərdir.

Şirkət bildirib ki, hakerlər bir müştərinin IP ünvanındakı təxminən 22 000 porta “kovrov bombardmanı” tipli hücum həyata keçiriblər. Ümumilikdə isə 34 500 port hədəf alınıb ki, bu da hücumun peşəkar şəkildə planlaşdırıldığını göstərir.

Hücumun əsas hissəsi "User Datagram Protocol" (UDP) vasitəsilə həyata keçirilib. Bu protokol əvvəlcədən əlaqə qurulmasına ehtiyac duymadığı üçün hücumçulara saniyələr içində böyük həcmdə məlumat göndərmək imkanı yaradır. Bu isə internet kanallarının və sistem resurslarının aşırı yüklənməsi ilə xidmətin dayanmasına gətirib çıxarır.

"Cloudflare" hücumun bir neçə müxtəlif vektorla həyata keçirildiyini və bu insidentin DDoS hücumlarının artmaqda olan təhdidinə real nümunə olduğunu vurğulayıb.

Qiymət Mahir

tag: Kibertəhlükəsizlik ,Cloudflare,DDoS ,ArsTechnica,Todaypress.tv,