Avropa Komissiyası BCM hakimlərinə qarşı ABŞ sanksiyalarından narahatdır
Dünya
06.06.2025 19:00
Avropa Komissiyası Birləşmiş Ştatların Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimlərinə qarşı tətbiq etdiyi sanksiyalara görə dərin təəssüfünü bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial şəbəkə platforması "X"da paylaşdığı bəyanatda Komissiyanın Beynəlxalq Cinayət Məhkəməsini və onun əməkdaşlarını tam dəstəklədiyini vurğulayıb.
"Məhkəmə heç bir təzyiq olmadan sərbəst fəaliyyət göstərməlidir", - deyə fon der Lyayen bildirib.
Qeyd edək ki, ABŞ ötən gün BCM-nin dörd hakiminə qarşı sanksiyalar tətbiq edib. Bu addım, Əfqanıstanda amerikalı hərbçilərin fəaliyyəti ilə bağlı aparılan araşdırmalarla əlaqələndirilir.
Bundan əlavə, Vaşinqton BCM-nin İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair qərarını da qəbul etmir.
Töhfə Səməd
tag: Avropa Komissiyası,ABŞ,Beynəlxalq Cinayət Məhkəməsi,todaypress.tv,