Dildə ləkələr niyə yaranır?

Dünya

17.12.2025 19:00

Mütəxəssislər xəbərdarlıq edirlər ki, dil üzərində sarı və ya ağ örtük zamanla yox olmursa, bu göbələk infeksiyası və ya nadir hallarda xərçəng əlaməti ola bilər.

TodayPress TV xəbər verir ki, dil örtüyünün ən yayılmış səbəblərindən biri qaratoyuq (Candida cinsinə aid maya bənzəri göbələklərin çoxalması) sayılır.

Bu göbələklər normal halda dəridə, selikli qişalarda və bağırsaqlarda az miqdarda mövcud olur, lakin bəzi şərtlərdə çoxalaraq iltihaba səbəb ola bilər.

Problemin xüsusilə burun tıkanıklığı və ya kürəyi üstə yatmaq vərdişi olan, yatarkən ağızdan nəfəs alan insanlarda yayğın olduğu bildirilir. Bu vəziyyət ağız quruluğuna gətirib çıxarır və tüpürcəyin azalması bakteriya və göbələklərin böyüməsi üçün əlverişli mühit yaradır.

Dil örtüyü bəzən ağızda xoşagəlməz dad, yanma hissi və quruluq ilə müşayiət oluna bilər, lakin bəzi hallarda heç bir simptom olmaya bilər. Əksər hallarda problem ağız gigiyenası yaxşılaşdırıldıqdan və quruluğun səbəbi aradan qaldırıldıqdan sonra həll olunur.

Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, nadir hallarda dil ləkələri xərçənglə əlaqəli ola bilər. Davamlı, zamanla solmayan və ağrı və ya toxuma sərtləşməsi ilə müşayiət olunan qırmızı, ağ və ya sarı ləkələr varsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Dil,Ləkə,Göbələk,Sarılıq,Todaypress.tv,