Çin “Labubu”nun satışını dayandırdı
Şanxay polisi 1,7 milyon dollar dəyərində saxta “Labubu” oyuncaqlarının satışını dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Yicai” nəşri məlumat yayıb.
Məlumata görə polis 5000 saxta məhsuldan ibarət partiyanı ələ keçirib.
Qeyd olunur ki, saxta məhsul istehsalçıları məhsulların rəsmi satışı ilə məşğul olan “Pop Mart” şirkətindən razılıq almayıblar.
Aysel Mətləb