Çin ABŞ iqtisadiyyatına “zərbə” endirdi
Çin ABŞ iqtisadiyyatına qarşı yeni addım atıb. Uzun müddət əsasən ABŞ-dən aldığı soya idxalını kəskin azaldıb.
TodayPress TV xəbər verir ki, “Baijiahao” nəşrinin yazdığına görə, Pekin artıq ABŞ-dən soya tədarükünü minimuma endirib.
Məqalədə vurğulanır ki, ABŞ-də yeni soya yığım mövsümü yaxınlaşsa da, fermerlər narahatdır. Çünki anbarlarda hələ də ötən ilin satılmamış məhsulu qalır.
Müəlliflərin fikrincə, Vaşinqtonun tətbiq etdiyi sanksiyalar əks effekt verib: ABŞ bazarındakı durğunluq daha da dərinləşib.
Qiymət Mahir