Cənubi Koreyada doğum səviyyəsi rekord həddə çatdı
Dünya
23.07.2025 19:15
Cənubi Koreya rəsmiləri ölkədə bu ilin əvvəlindən bəri doğum göstəricilərinin rekord səviyyədə yüksək olduğunu bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Cənubi Koreya Statistika İdarəsinin nümayəndəsinin sözlərinə görə, bu ilin yanvar-may aylarında yeni doğulmuş uşaqların sayı 106 048-ə çatıb ki, bu da ötən illə müqayisədə 6,9% artım deməkdir.
Nümayəndə qeyd edib ki, bu, 1981-ci ildən bəri – yəni statistik məlumatların toplanmağa başlandığı ildən bəri ən yüksək artım tempidir.
Statistika İdarəsinin sözlərinə görə, artım erkən otuzlu yaşlarında olan qadınların sayının çoxalması ilə bağlıdır ki, bu da ümumi evlilik sayının artmasına gətirib çıxarıb.
Bu rəqəm 2024-cü ilin əvvəlinə nisbətən kəskin dəyişiklik olduğunu göstərir. Həmin dövrdə, yəni 2024-cü ilin yanvar-may aylarında doğum sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalmışdı.
Töhfə Səməd
tag: Cənubi Koreya,Doğum,Nisbət,Artım,Todaypress.tv,