ABŞ Rusiya ilə əlaqələrə görə 32 xarici şirkətə sanksiya tətbiq etdi
Dünya
13.09.2025 15:15
ABŞ Ticarət Nazirliyi bir sıra şirkətləri sanksiya siyahısına əlavə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta” nəşri məlumat yayıb.
Belə ki, Rusiya Federasiyasına müxtəlif məhsulların tədarükü ilə məşğul olduğu iddia edilən Çin, Hindistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) bir sıra şirkətlər sanksiya siyahısına daxil edilib.
Sənəddə 20-dən çox Çin qurumuna, üç Türkiyə qurumuna, iki BƏƏ-yə, bir Hindistan qurumuna, bir İran qurumuna və bir Sinqapur qurumuna qarşı ixrac məhdudiyyətləri qeyd edilir.
Şirkətlərin “ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd olan davranışlarda” olduğu iddia edilir.
Sanksiya siyahısına Çinin “Shanghai Fudan Microelectronics” şirkəti daxildir.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, o, Rusiya hərbi sənaye kompleksinin maraqları üçün tədarüklər həyata keçirib.
ABŞ departamentinin məlumatına görə, BƏƏ-də yerləşən “HAS General Trading LLC” firması, Hindistanın “AR Sales Pvt” şirkəti, eləcə də Türkiyənin “Atempo”, “EB Teknoloji” və “Dentun Elektronik” şirkətləri ABŞ-dən Rusiyaya lazımı icazələr olmadan məhsul göndərib.
Sentyabrın 7-də ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa hazırdır, lakin bunun üçün Vaşinqtonun Avropadakı tərəfdaşlarının dəstəyinə ehtiyacı var.
Bundan əvvəl isə ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyini itirdiyini etiraf edib.
Orxan Saffari
tag: ABŞ,Rusiya,sanksiya,Şirkət,Todaypress.tv,