Rüstəm Minnixanov Rəcəb Tayyib Ərdoğanla görüşdü
Dünya
02.07.2025 12:05
Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Minnixanovun mətbuat xidmətinin rəhbəri Liliya Qalimova məlumat verib.
Onun sözlərinə görə, görüş Ərdoğanın təşəbbüsü ilə baş tutub. Türkiyə nazirləri ilə keçirilən görüşlər zamanı Ərdoğana Minnixanovun Ankarada işgüzar səfərdə olduğu bildirilib. Bundan xəbər tutan Türkiyə lideri Rüstəm Minnixanovu şəxsi görüşə dəvət edib.
Görüş zamanı Rəcəb Tayyib Ərdoğan, Minnixanovun Rusiyanın İslam dünyası ilə əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Həmçinin o, BRİKS sammiti çərçivəsində Kazana etdiyi səfərin əhəmiyyətini vurğulayıb.
Bu cür yüksək səviyyəli təmaslar Rusiya-Türkiyə münasibətlərində regional əməkdaşlığın və qarşılıqlı diplomatik nüfuzun artdığını göstərir.
Türkan İsgəndərli
tag: Tatarıstan,Minnixanov,Türkiyə,Ərdoğan,Todaypress.tv,