Buz yarıldı, traktor suya batdı

Buz yarıldı, traktor suya batdı
10.02.2026 22:55 Dünya

Türkiyənin Ərdəhan ilə Kars şəhərlərinin sərhəddində yerləşən və qış aylarında səthi tamamilə donan Çıldır gölündə buz qırılması nəticəsində traktor suya batıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Məlumata görə, 2026-cı ildə 10-cu dəfə keçirilməsi planlaşdırılan "Qızıl At Kristal Buz Festivalı"na hazırlıqlar zamanı ərazini hazırlamaq üçün traktordan istifadə edilib. 

Fatih Uzunkayanın idarə etdiyi traktor bir müddət işlədikdən sonra gölə düşüb. Sürücü xəsarət almadan xilas olub, lakin traktor tamamilə suya batıb. 

Bildirilib ki, son günlərdə bölgəyə təsir edən isti hava səbəbindən buz təbəqəsi yumşalıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər