Britaniya və Hindistan arasında ən böyük ticarət sazişi imzalandı
Dünya
24.07.2025 17:59
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Hindistanın Baş naziri Narendra Modi Londonda hərtərəfli iqtisadi və ticarət sazişi imzalayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Starmer sazişi “iki ölkə üçün əhəmiyyətli fürsət” adlandırıb və bildirib ki, bu razılaşma 2020-ci ildə Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsindən sonra əldə etdiyi ən iri ticarət razılaşmasıdır.
Sazişə əsasən, Hindistan Britaniya məhsullarına tətbiq olunan orta rüsumları 15%-dən 3%-ə endirəcək. Britaniya viskisi istehsalçıları üçün rüsumlar əvvəlki 150%-dən 75%-ə, növbəti 10 il ərzində isə 40%-ə qədər azaldılacaq.
Portalın məlumatına görə, Hindistanın Britaniyaya ixrac etdiyi məhsulların 99%-i rüsumlardan azad ediləcək.
Britaniya hökumətinin hesablamalarına görə, bu saziş uzunmüddətli perspektivdə ölkədə 2200 yeni iş yerinin açılmasına və maaşların artmasına səbəb olacaq.
Qeyd edək ki, razılaşmanın qüvvəyə minməsi üçün onu əvvəlcə Britaniya parlamenti təsdiqləməlidir. London mediasının məlumatına görə, bu proses bir neçə ay çəkə bilər.
Aysel Mətləb
tag: Böyük Britaniya,Kir Starmer,Hindistan,Narendra Modi,Todaypress.tv,