Türkiyədə qədim şüşə qablar tapıldı
Dünya
28.07.2025 14:20
Türkiyənin mərkəzindəki Kızılırmak çayının qərb sahilində arxeoloqlar Anadoluda şüşə istehsalının ən erkən nümunələrindən bəzilərini aşkar ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Arkeonews” portalı məlumat yayıb.
Bildirilib ki, Yapon Anadolu Arxeologiya İnstitutu tərəfindən eramızdan əvvəl II minilliyin ortalarından mövcud olan Büklükale qədim yaşayış məskəninin yerində qazıntılar aparılıb.
Alimlər Böyüklükale qalasında, “R14” adlanan otaqda aparılan araşdırmalar zamanı XVII–XVI əsrlərə aid olan, armud formalı nadir şüşə butulka və kobalt-mavi rəngli disklə bəzədilmiş asqı tapıblar.
Mütəxəssislərin fikrincə, butulka mürəkkəb “nüvə qəlibləmə” texnikası iləmhazırlanıb. Təhlillər onun həmin yerdə istehsal olunduğunu göstərir, bu da hələlik aşkar olunmamış yerli bir şüşə emalatxanasının mövcudluğuna işarə edir.
Tapılmış mavi asqı isə arxeoloqlar tərəfindən Mesopotamiya tanrıçası İştarla bağlı dini bəzəkləri xatırladır. Bu cür artefaktlara daha əvvəl Nuzzi və Aşşur məbədlərində rast gəlinib və dini ayinlərdə istifadə olunduğu məlumdur. Bu fakt Böyüklükalenin Hurri mədəniyyəti ilə mədəni və kult əlaqələrinə işarə edir.
Qazıntılar zamanı həmçinin Böyüklükale sakinlərinin çoxetnik tərkibli olduğu da müəyyən edilib. Ərazidə Hitt və Hurri dillərində yazılmış mixi yazılı lövhələr, kral nişanlı möhürlər və ehtimal ki, Hittit hökmdarına ünvanlanmış diplomatik məktub aşkar olunub. Bütün bunlar şəhərin Hittit imperiyası dövründə mühüm inzibati rol oynadığını göstərir.
Bundan əlavə, yeraltı anbarlarda 6000-ə yaxın mini qədəh, mərmər, firuzə və digər əşyalar tapılıb. Divarlardakı yanğın izləri bu məkanların kütləvi mərasim ziyafətləri üçün istifadə edildiyini göstərir. Alimlərin ehtimalına görə, bu mərasimlərdə təqribən 3000 nəfər iştirak edə bilərdi.
Aysel Mətləb
tag: Türkiyə,Qədim,Şüşə,Qab,Todaypress.tv,