Britaniya hökuməti "Apple"dan istifadəçi məlumatlarına çıxış tələb edir

Britaniya hökuməti "Apple"dan istifadəçi məlumatlarına çıxış tələb edir
02.10.2025 16:05 Dünya

Britaniya hökuməti bu il ikinci dəfə Apple şirkətinə müraciət edərək, istifadəçilərin “bulud”da saxlanan şəxsi məlumatlarına çıxış imkanı yaradacaq “arxa qapı” mexanizmi qurmağı tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi sentyabrın əvvəlində "Apple"a müraciət edib. Bu addım, ABŞ-dəki müştərilərin məlumatlarına çıxış cəhdinin uğursuzluqla nəticələnməsindən sonra atılıb. Nazirlik əməliyyat məsələləri barədə rəsmi şərh verməkdən imtina edib.

Böyük Britaniyada vətəndaş azadlıqları təşkilatları bu qərardan narahat olduqlarını bildiriblər. Onların fikrincə, belə bir addım dayandırılmazsa, gələcəkdə digər texnologiya şirkətlərinə də oxşar tələblər irəli sürüləcək.

"Apple" isə bəyan edib ki, heç vaxt məhsul və xidmətləri üçün “arxa qapı” və ya əsas açar yaratmayıb və gələcəkdə də yaratmağı planlaşdırmır. Şirkət bildirib ki, istifadəçilərə ən yüksək təhlükəsizlik səviyyəsini təklif etməkdə israrlıdır.

Qeyd edək ki, fevral ayında "Apple" Britaniya istifadəçiləri üçün tam uçdan-uca şifrələməni – Qabaqcıl Məlumatların Mühafizəsini geri götürüb. Bu səbəbdən Britaniyadakı mövcud istifadəçilər gələcəkdə bu funksiyanı deaktiv etməli ola bilərlər.

Bu mübahisə, hökumətin sənədsiz immiqrasiyanın qarşısını almaq və rəqəmsal şəxsiyyət vəsiqələri tətbiq etmək planları ilə bağlı ictimaiyyətdə yaranan narazılıqlar fonunda daha da diqqət çəkib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
“Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 Bütün Xəbərlər