Britaniya Fələstini tanıyacaq

Britaniya Fələstini tanıyacaq
21.09.2025 14:15 Dünya

Böyük Britaniya yaxın günlərdə Fələstin dövlətini rəsmi şəkildə tanımağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Məlumata görə, Baş nazir Kir Starmerin bu açıqlamanı sentyabrın 22-də - BMT Baş Assambleyasının 80-ci sessiyasının başlanmasından iki gün əvvəl səsləndirəcəyi gözlənilir. Sessiyada Fələstin suverenliyi əsas müzakirə mövzularından biri olacaq.

İsrail hökuməti isə bu addımı sərt şəkildə tənqid edir. 

Qeyd edək ki, hazırda BMT-yə üzv ölkələrin 75%-dən çoxu Fələstini dövlət kimi tanıyır.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər