Braziliyada işsizlik son on ilin ən aşağı səviyyəsindədir

Dünya

29.06.2025 23:30

Braziliyada işsizlik səviyyəsi mart-may aylarında 6,2 faizə düşüb ki, bu da son on ildə həmin dövr üçün qeydə alınan ən aşağı göstəricidir.

TodayPress TV xəbər verir ki, bu barədə Braziliya Coğrafiya və Statistika İnstitutu (IBGE) rəsmi açıqlama yayıb.

Məlumata görə, işsizlik əvvəlki üçaylıq dövrlə (2024-cü ilin dekabrı – 2025-ci ilin fevralı) müqayisədə 0,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,9 faiz bəndi azalıb.

Mart-may aylarında Braziliyada işsizlərin sayı 6,8 milyon nəfər olub. Bu, əvvəlki rübə (7,5 milyon nəfər) nisbətən 8,6 faiz və ya 644 min nəfər azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 12,3 faiz – yəni 955 min nəfər azalıb.

IBGE-nin analitiki Uilyam Kratokvil bildirib ki, işsizliyin azalmasının əsas səbəbi məşğul olan insanların sayının 1,2 milyon nəfər artması və əmək bazarının daha səmərəli istifadə olunmasıdır.

Araşdırmaya görə, sosial təminat sisteminə töhfə verən və 14 yaşdan yuxarı işləyən şəxslərin sayı da rekord həddə çataraq 68,3 milyon nəfər olub.

“Bu nəticə əmək bazarının gücləndiyini göstərir. Daha çox insan rəsmi işlərdə çalışır və müstəqil çalışanlar da qeydiyyata alınıb, bu da pensiya sisteminə töhfə verənlərin sayını artırır”, – deyə Kratokvil əlavə edib.

Qiymət Mahir

tag: Braziliya,İşsizlik,İnsan,İş,Todaypress.tv,