Vyetnamın ilk qadın baş nazir müavini təyin edildi
Dünya
26.10.2025 01:33
Vyetnam Milli Assambleyası keçmiş daxili işlər naziri Fam Txi Txan Çanın baş nazirin müavini vəzifəsinə təyinatını təsdiqləyib.
Bu barədə TodayPress TV xarici mənbələrə istinadən xəbər verir.
Məlumata görə, namizədliyin təsdiqlənməsi Hanoyda keçirilən 15-ci çağırış Milli Assambleyanın 10-cu iclasında səsverməyə çıxarılıb. Nəticədə, qərar 430 deputatdan 429-nun lehinə səslə qəbul edilib.
61 yaşlı Fam Txi Txan Ça ölkə tarixində bu vəzifəyə gətirilən ilk qadın olub.
Yeni təyinatlardan sonra hazırkı hökumət rəhbərliyi baş nazir Fam Min Çin və doqquz müavin daxil olmaqla 10 nəfərdən ibarət olacaq.
Bu qərar Vyetnamda dövlət idarəçiliyində qadınların təmsilçiliyinin artması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Aynur TAC
tag: Vyetnam,Fam Txi Txan, Çan,Baş Nazir, todaypress.tv,
