Böyrək xəstəliyinin xəbərçisi olan simptomlar hansılardır?
Dünya
17.09.2025 19:00
İspan həkimi və Sanitas La Morale Universiteti Xəstəxanasının tibb direktoru Pablo Turrion bildirib ki, xroniki yorğunluq, iştahsızlıq, diqqəti cəmləməkdə çətinlik, ayaq və topuqlarda şişkinlik böyrək xəstəliklərinin ilkin əlamətləri ola bilər.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Hola" nəşrinə verdiyi müsahibədə deyib.
Həkim izah edib ki, böyrəklərin əsas funksiyası qanın süzülməsi, zərərli maddələrin orqanizmdən sidik vasitəsilə xaric edilməsi və faydalı maddələrin bədəndə saxlanmasıdır. Böyrək xəstəlikləri ilk mərhələlərdə simptomsuz keçə bilər və bu, toksinlərin bədəndə tədricən yığılmasına səbəb olur.
Dr. Turrion qeyd edib ki, bir çox xəstələr bu simptomlara əhəmiyyət vermir və ya onları başqa xəstəliklərlə əlaqələndirir. Nəticədə isə həkimə gec müraciət olunur və bu, müalicəni çətinləşdirir.
Mütəxəssis xəbərdarlıq edib ki, yaşlılar, şəkərli diabet və hipertoniya xəstələri, həmçinin ailəsində böyrək xəstəliyi olan şəxslər yüksək risk qrupuna daxildirlər və öz sağlamlıqlarına daha ciddi nəzarət etməlidirlər.
Türkan İsgəndərli
tag: İspan,Böyrək,Xəstəlik,Şişkinlik,Todaypress.tv,