BMT Putin və Tramp arasında danışıqları alqışlayır

BMT Putin və Tramp arasında danışıqları alqışlayır
19.05.2025 22:30 Dünya

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Düjarrik Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığını alqışlayıb.

TodayPress Tv xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Düşünürəm ki, Prezident Trampla prezident Putin arasında telefon danışıqlarının olması faktı özlüyündə alqışlanmalıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, biz Ukraynada müharibənin sona çatmasına gətirib çıxaracaq istənilən səyi dəstəkləyəcəyik” o bildirib.

Aynur TAC

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər