Bəşəriyyətin yaddaşında silinməyən iz: Dəhşətli faciədən 40 il ötür
Dünya
26.04.2026 10:25
1986-cı il aprelin 26-da Ukraynada Çernobıl faciəsi nəticəsində baş verən partlayış XX əsrin ən ağır texnogen fəlakətlərindən biri kimi tarixə düşüb.
TodayPress TV xəbər verir ki, Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda baş vermiş qəza böyük həcmdə radioaktiv maddənin atmosferə yayılmasına səbəb olub və nəticədə geniş coğrafiyada ciddi ekoloji və insan itkiləri yaranıb.
Hadisədən sonra radioaktiv bulud Ukrayna ilə yanaşı Belarus, Rusiya və Avropanın bir sıra bölgələrinə yayılıb. Minlərlə insan təhlükənin miqyasını bilmədən gündəlik həyatını davam etdirib, lakin qısa zamanda vəziyyətin ağırlığı üzə çıxıb.
Fəlakətin nəticələrinin aradan qaldırılması üçün yüz minlərlə insan səfərbər edilib. “Ləğvedicilər” adlandırılan bu qrupun tərkibində hərbçilər, mühəndislər, həkimlər və müxtəlif peşə sahibləri yer alıb. Onlar yüksək radiasiya şəraitində işləyərək qəzanın daha geniş fəsadlarının qarşısını almağa çalışıblar.
Bu prosesə minlərlə azərbaycanlı da cəlb olunub. Təxminən yeddi min vətəndaş Çernobıl zonasında xilasetmə və bərpa işlərində iştirak edib. Onlardan bir qismi sonradan radiasiyanın təsiri nəticəsində həyatını itirib, digərləri isə sağlamlıq baxımından ciddi problemlərlə üzləşib.
Hazırda Azərbaycanda bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi dövlət tərəfindən tənzimlənir. Qanunvericilik onların pensiya, müavinət və tibbi təminat hüquqlarını nəzərdə tutur və mütəmadi olaraq təkmilləşdirilir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən aprelin 26-sı Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Beynəlxalq Anım Günü kimi qəbul edilib.
40 il keçməsinə baxmayaraq, Çernobıl faciəsi hələ də dünyanın ən böyük nüvə qəzalarından biri kimi xatırlanır və həm təhlükəsizlik, həm də insan fədakarlığı baxımından mühüm dərs olaraq qalır.
tag: Çernobıl faciəsi,Ukrayna ,Belarus ,Radiasiya ,Todaypress.tv,
Şəhid olan türk hərbçilərin nəşini gətirən təyyarə Ankaraya eniş etdi
13.11.2025
Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin nəşini gətirən təyyarə Ankara eniş edib.TodayPress TV xəbər verir k...
Çin 17-ci anti-Rusiya sanksiyalar paketinə etiraz etdi
21.05.2025
Çin hakimiyyəti Avropa İttifaqının Çin şirkətlərinin də daxil olduğu 17-ci anti-Rusiya sanksiyaları paketi ilə bağlı kəs...
Ukrayna SEPAH-ın bəyanatını təkzib etdi
28.03.2026
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dubayda Ukraynanın antidron sistemləri anbarının məhv edilməsi barədə...
Pakistanda güclü yağışlar: 146 nəfər öldü
15.08.2025
Pakistanın Xayber-Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri azı 14...
"Beşiktaş" və "Qalatasaray"ın keçmiş prezidentləri saxlanıldı
25.03.2026
Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarının keçmiş prezidentləri Fikrət Orman və Burak Elmas narkotik vasitələrlə...
Lavrov danışıqlarda Avropanın iştirakının zəruriliyini dəyərləndirdi
17.09.2025
"Avropa ölkələrinin hazırkı mövqeyi ilə Ukraynanın danışıqlar masasına oturması arasında heç bir əlaqə yoxdur".TodayPres...
Fitso Ermənistana əməkdaşlıq təklif etdi
26.05.2025
Slovakiya Baş naziri Robert Fitso İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında...
Türkiyə beynəlxalq ictimaiyyəti İsrailə təzyiqləri artırmağa çağırdı
10.09.2025
Beynəlxalq ictimaiyyətdən, məsuliyyət daşıyan bütün hökumətlərdən İsraillə bağlı daha təsirli və çəkindirici mövqe nümay...
İranda 101 nəfər saxlanıldı
04.04.2026
İranın Gilan bölgəsində ABŞ və İsraillə əlaqəli olduğu iddia edilən 101 nəfər saxlanılıb.TodayPress TV xəbər verir...
Zelenski Ermənistana səfər etdi
03.05.2026
Ukrayna Prezidenti Volodimir Zelenksi Ermənistana səfər edib.TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ermən...
