Berlin küçələrində müəmmalı vərəqələr asıldı

Berlin küçələrində müəmmalı vərəqələr asıldı
01.10.2025 19:38 Dünya

Berlində Ukraynada döyüşməyə çağırış edən vərəqələr aşkarlanıb.

TodayPress TV “Berliner Zeitung” nəşrinə istinadən xəbər verir ki, vərəqələr Vilmerdorf rayonunda tapılıb və İkinci Dünya müharibəsi dövrünə aid alman əsirlərinin şəkilləri ilə Ukraynanın Beynəlxalq Legionunun saytına yönləndirən QR kod yerləşdirilib.

Qeyd olunub ki, ilk elanlar sentyabrın 19-da asılıb, bir neçə gün sonra isə yoxa çıxıb. Onları kimin yapışdırdığı məlum deyil, ehtimal olunur ki, arxasında Ukraynanı nüfuzdan salmağa çalışan rusiyalı agentlər dayanır.

Jalə Rövşən

TodayPressTV


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər