Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşlarının qiyməti məlum oldu
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanı üzərindən uçuşlara görə Ermənistan Hava Naviqasiya Şirkətinə 434.316 avro ödəyiblər.
TodayPress TV "Bakupost"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq “Avrokontrol”un (Eurocontrol - Aviasiya Təhlükəsizliyi üzrə Avropa Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.