İsrail ABŞ-dən İCAZƏ ALIR - Nə baş verir?
İsrail ABŞ-dən İrana zərbələri bərpa etmək üçün icazə istəyir.
TodayPress TV xəbər verir ki, “Kan News” telekanalının məlumatına görə, yüksəkvəzifəli İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampdan İrana qarşı hərbi zərbələrin yenidən başlanmasına razılıq almaq istəyirlər.
Məlumata əsasən, məsələ ilə bağlı Vaşinqtonla təmaslar davam edir. Hələlik nə ABŞ administrasiyası, nə də İsrail hökuməti bu məlumatı rəsmi şəkildə təsdiqləyib.
Kübra Musayeva