Avstriya: Vuçiç çox çətin vəziyyətdədir
Dünya
29.07.2025 10:03
"Serbiya Prezidenti Aleksandar Vuçiç hazırda olduqca mürəkkəb bir siyasi vəziyyətdədir və onun hökuməti demək olar ki, “bir ipdən asılı” vəziyyətdə fəaliyyət göstərir".
TodayPress TV xəbər ki, bunu "TASS"a müsahibəsində Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl deyib.
“Bir neçə həftə əvvəl gərginlik artdı və yayımlanan kadrlar, eləcə də mediada yer alan xəbərlər Vuçiç hökumətinin çox həssas durumda olduğunu göstərirdi”, – deyə Knaysl bildirib.
O, hazırkı vəziyyəti çox dolaşıq və qeyri-müəyyən kimi dəyərləndirib: “Vuçiç bir tərəfdən onun əleyhinə dövlət çevrilişi hazırlandığını iddia edərək dramatik bəyanatlar verir, digər tərəfdən isə Brüsselə qarşı barışıq tonu nümayiş etdirən açıqlamalar səsləndirir”.
Sabiq nazir açıqlayıb ki, Vuçiçi tənqid etmək fikrində deyil, çünki şübhəsiz ki, o, son dərəcə çətin və təzyiqli vəziyyətdə qalıb. Lakin siyasətçi, Vuçiçin aydın və davamlı siyasi kursunun olmadığını iddia edib.
Töhfə Səməd
tag: Serbiya ,Aleksandar Vuçiç,Avstriya,Karin Knaysl,Todaypress.tv,