NYT: Aİ-nin sürətli silahlanması tarixi səhvə çevrilə bilər

Dünya

30.06.2025 12:43

Avropa İttifaqının hərbi gücünü artırmağa yönəlmiş sürətli silahlanma prosesi təşkilat üçün irəliləyiş deyil, geriyə addım ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.

Məqalə müəllifinin fikrincə, İttifaqın təhlükəsizlik məsələsinə həddindən artıq fokuslanması digər vacib sahələrin, o cümlədən sosial rifah və infrastrukturun inkişafı kimi istiqamətlərin hesabına baş verə bilər.

“Silahlanmaya yönəlmiş sürətli hərəkət, böyük irəliləyiş yox, tarixi bir səhv ola bilər”, – deyə məqalədə qeyd olunur.

Nəşr bildirir ki, bu kurs Aİ ölkələrinin büdcələrinə əlavə yük gətirəcək və sosial proqramların kəsilməsi ilə nəticələnə bilər. Eyni zamanda, ölkələr arasında hərbi koordinasiyanın çətinliyi bu prosesin səmərəliliyinə ciddi mane ola bilər.

Qiymət Mahir

tag: Avropa,Aİ,İttifaq,Silahlanma,Todaypress.tv,