Avropa İttifaqı Kanadanın üzvlüyünə icazə verdi

Avropa İttifaqı Kanadanın üzvlüyünə icazə verdi
25.06.2025 13:31 Dünya

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas Kanadanın gələcəkdə İttifaqa üzv ola biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Bloomberg" agentliyinə verdiyi müsahibədə danışıb. 

“Bilirsiniz, mənə belə bir sual verdilər - Kanada Avropa İttifaqına qoşulmaq istəyir. Mən isə qeyd etdim ki, bəlkə də yeganə maneə odur ki, Kanada coğrafi baxımdan Avropada yerləşmir", - deyə Kallas bildirib.  

Xatırladaq ki, 28 may tarixində Kanada Baş naziri Mark Karni bəyan etmişdi ki, ölkəsi 1 iyul tarixindən Avropanın yenidən silahlandırılması planına qoşulmağa hazırdır.

Töhfə Səməd 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər