AP: Rusiya “yay hücumunu” davam etdirir
Dünya
16.07.2025 11:25
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə razılaşma üçün verdiyi 50 günlük vaxt Rusiyaya hərbi təşəbbüsü davam etdirmək imkanı yaradır.
TodayPress TV xəbər verir ki, “Associated Press” agentliyi bu müddətin Moskvanın “yay hücumu”nu genişləndirməsi üçün əlverişli şərait yaratdığını yazır.
Agentliyin analitiklərinə görə, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və sursat çatışmazlığı səbəbindən əsas səyi mövcud mövqeləri qorumağa yönəlib.
Rusiya ordusunun hazırda Donetsk vilayətindəki Pokrovsk və Konstantinovka şəhərlərinə yaxınlaşdığı, bu istiqamətdə yerləşən yaşayış məntəqələrini ardıcıl olaraq nəzarətə götürdüyü bildirilir. Məqsəd Ukrayna ordusunun təchizat yollarını kəsməkdir. Şəhərlərin Rusiyanın nəzarətinə keçməsi, Slavyansk və Kramatorska doğru irəliləməyə və Donetsk Xalq Respublikasının tam “azad olunmasına” zəmin yarada bilər.
Agentlik qeyd edir ki, bu cür inkişaf Dnepropetrovsk vilayətinə yol aça və döyüşlərin bu bölgəyə keçməsi ukraynalıların mənəvi ruhunu sarsıda bilər. Eyni zamanda, bu vəziyyət Kremlə mümkün danışıqlarda daha çox təsir imkanları verə bilər.
Qiymət Mahir
tag: Ukrayna ,ABŞ,Donald Tramp,Pokrovsk ,Todaypress.tv,