AP Kirkin xatirəsinə sükut dəqiqəsi elan etmədi

Dünya

14.09.2025 16:26

Avropa Parlamenti ABŞ-li siyasi aktivist Çarli Kirkin xatirəsinə sükut dəqiqəsi elan etməkdən imtina edib.

TodayPress TV xəbər verir ki, “Politico”nun məlumatına görə, bu təşəbbüslə isveçli deputat Çarli Vaymers çıxış etsə də, Avropa Parlamentinin sədri Roberta Metsola reglamentə əsaslanaraq təklifi rədd edib.

Daha sonra Vaymers öz çıxış vaxtında sükut dəqiqəsini elan etməyə cəhd göstərsə də, vitse-spiker Katarina Barli onun sözünü kəsib.

Hadisə parlament zalında gərginlik yaradıb: narazı deputatlar etiraz əlaməti olaraq stol döyüb və ucadan qışqırıblar. Barli isə sədrin qərarını xatırladaraq zalı sakitləşdirməyə çalışıb.

“Daily Mail” yazır ki, Vaymers Avropa Parlamentini ikili standartlarda ittiham edib və 2020-ci ildə amerikalı Corc Floydun xatirəsinə sükut dəqiqəsi elan olunduğunu xatırladıb.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ,Aİ,Çarli Kirk,Sükut,Todaypress.tv,