Amerika Almaniyanın nüvə enerjisini bərpa etmək istəyir

Amerika Almaniyanın nüvə enerjisini bərpa etmək istəyir
23.05.2025 13:40 Dünya

ABŞ-dən olan ekspertlər Almaniyada bağlanan doqquz atom elektrik stansiyasını yenidən işə salmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Bildirilib ki, amerikalı şirkətlər stansiyaların bərpasının dəyərini öyrənməyə böyük maraq göstərirlər. ABŞ rəsmiləri də bu planın mümkünlüyünə inanır.

Qəzetin məlumatına görə, ABŞ-dən olan şirkətlər və investorlar Almaniyanın enerji siyasətində dəyişiklik etmək istəyirlər.

Qeyd edilib ki, buna baxmayaraq, Almaniya hökuməti mövqeyini dəyişmir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər