Almanların əksəriyyəti Mertsdən narazıdır

Dünya

26.07.2025 19:30

Almaniya vətəndaşlarının əksəriyyəti yeni hökumətdən və kansler Fridrix Mertsdən narazıdır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Belə ki, 21-25 iyul tarixlərində keçirilən sorğuda 1203 alman vətəndaşı iştirak edib. Statistik səhv 2,9%-dən çox olmayıb.

Nəticələrə əsasən, respondentlərin 57%-i hökumətdən narazı olduğunu bildirib. Bu, iyun ayı ilə müqayisədə 13% artım deməkdir. Hökumətdən razı olanların sayı 37%-dən 30%-ə düşüb.

Mertsdən narazı olanlar 56% təşkil edib (iyunda bu göstərici 45% idi). Yalnız 31% yeni kanslerin fəaliyyətini müsbət qiymətləndirib. Bu da iyunla müqayisədə 5% azalma deməkdir.

Xatırladaq ki, iyulun 22-də Fridrix Merts mətbuat konfransında çıxış edərək, Ukraynadakı münaqişənin Avropa ölkələrinin birləşməsinə səbəb olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, bu, silahlı qarşıdurmadan çıxarıla biləcək yeganə müsbət nəticədir.

Türkan İsgəndərli

tag: Almaniya,Merts,Sorğu,Kansler,Todaypress.tv,