Tramp Budapeşt görüşünü ləğv etdi
Dünya
31.10.2025 10:28
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qəzet yazır ki, Trampın qərarı Moskvanın Vaşinqtona Ukrayna ilə bağlı tələbləri əks etdirən memorandum göndərməsindən sonra verilib. Memorandumda Rusiya Ukraynadan ərazi güzəştləri, ordunun sayının azaldılması və NATO-ya qoşulmamaqla bağlı zəmanət tələb edib.
Mənbələrin bildirdiyinə görə, Tramp Moskvanın bu mövqeyindən narazı qalıb və danışıqların nəticə verməyəcəyini düşünərək görüşü təxirə salıb.
Putin isə bildirib ki, Budapeştdə görüşün əvvəlcədən hazırlıq olmadan keçirilməsi düzgün olmazdı və sammitin ləğvi deyil, yalnız təxirə salınması nəzərdə tutulur.
Jalə Rövşən
tag: Donald Tramp,Vladimir Putin ,Budapeşt,Moskva ,Todaypress.tv,
 
        
 
                                ![Yaponiyada vəhşi heyvanları vurmaq [[icazəsi verildi]]](/uploads/news/68b5adc833ad4.webp) 
                                            ![[[Avropa İttifaqı]] Rusiya neftini mərhələli şəkildə dayandırmağa razılaşdı](/uploads/news/68e673096a577.webp) 
                                            ![Fransa nüvə doktrinasını [[yeniləməyə hazırlaşır]]](/uploads/news/68dd317253eec.webp) 
                                            ![İspaniyada öküz qaçışı zamanı [[altı nəfər]] xəsarət aldı](/uploads/news/686b7760a84b9.webp) 
                                            ![Qazaxıstanda niqab taxmaq [[qadağan edildi]]](/uploads/news/68628eba86f0d.webp) 
                                            ![İranda zavodda partlayış - [[bir nəfər öldü, yeddi nəfər yaralandı]]](/uploads/news/68472853bb74b.webp) 
                                            ![Putin imzaladı: [[Vətəndaşlığı olmayanlar hərbi xidmətə cəlb ediləcək]]](/uploads/news/686bd274cbcc2.webp) 
                                            ![Narkotik ticarətində yeni mərhələ: [[Sıra sualtı gəmilərdədir]]](/uploads/news/685f9379c46fa.webp) 
                                             
                                            ![Fransa ABŞ-ni [[tənqid etdi]]](/uploads/news/68873be7581c2.webp) 
                                            