Almaniyada qatar qəzaya düşdü: 3 ölü, 50 yaralı

Almaniyada qatar qəzaya düşdü: 3 ölü, 50 yaralı
28.07.2025 10:04 Dünya

Almaniyanın Baden-Vürtemberq əyalətində qatarın relsdən çıxması nəticəsində təxminən 50 nəfər xəsarət alıb. Onlardan 25 nəfərin vəziyyəti ağırdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qəza zamanı 3 nəfər həyatını itirib. Polisin verdiyi məlumata görə, qəzanın səbəbi güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi olub. Bildirilib ki, yağış suları kanalizasiya şaxtasını daşırıb və bu da torpağın sürüşməsinə, nəticədə isə qatarın relsdən çıxmasına səbəb olub.

Qeyd edək ki, qəza zamanı qatarda təxminən 100 nəfər olub. Qəza baş verən ərazidə qatarların hərəkəti dayandırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər