Almaniya Ukraynaya silah verəcək
Dünya
24.07.2025 09:52
Almaniya Ukraynaya yeni istehsal etdiyi silahları verməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Zeit” qəzetinə müsahibəsində bildirib.
“Həmin silahlar Rusiya ərazisinə təsir etmək imkanına malik olacaq, lakin biz sizin nəşriniz vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya hansı silah sistemləri verdiyimizi açıqlamayacağıq”,- deyə Vadeful vurğulayıb.
Nazir həmçinin əlavə edib ki, Ukrayna Rusiya ilə münaqişədə uduzmur, çünki ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən dəstəklənir.
Onun sözlərinə görə, bu dəstək xüsusilə ABŞ-nin hazırkı siyasi kursu və Almaniya kansleri Fridrix Mertsin fəaliyyəti ilə sıx bağlıdır.
Xatırladaq ki, iyulun 17-də Merts Ukraynanın Almaniya ilə əməkdaşlığı çərçivəsində yaradılan uzaqmənzilli silahları yaxın vaxtlarda əldə edəcəyini açıqlayıb.
Aysel Mətləb
tag: Almaniya , Ukrayna,Silah,Yohan Vadeful,Todaypress.tv,