Ukrayna 2026-cı il üçün büdcə layihəsini təsdiqlədi

Dünya

16.09.2025 03:11

Ukraynanın Nazirlər Kabineti bazar ertəsi 2026-cı il dövlət büdcəsi layihəsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Svırıdenko bildirib.

Onun sözlərinə görə, plana əsasən, ən çox vəsaitin müdafiə sektoruna ayrılması nəzərdə tutulur ki, bu da 2,8 trilyon qrivna və ya ÜDM-in 27,2%-idir. Sözügedən məbləğ 2025-ci illə müqayisədə 168,6 milyard qrivna  çoxdur.

"Biz Ukraynanın 2026-cı il dövlət büdcəsinin layihəsini qəbul etmişik və onu baxılmaq üçün Ali Radaya təqdim edirik. Büdcənin əsas prioriteti təhlükəsizlik və müdafiə, bizim sosial dayanıqlığımızdır. Hökumət bütün öz daxilolmalarını və borclarını müdafiə qüvvələrinə yönəldir", - Svırıdenko “Telegram” kanalında yazıb.

TodayPress TV

tag: Ukrayna,Nazirlər Kabineti, Yuliya Svırıdenko, todaypress.tv,