Almaniya terror və casusluqla mübarizəni gücləndirir
Dünya
23.07.2025 11:51
Almaniya hökuməti ölkədə terror aktları və casusluqla mübarizəni gücləndirmək üçün yeni qanun layihəsi hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, Ədliyyə naziri Stefani Hubiqin hazırladığı qanun layihəsinə sentyabrın əvvəlində baxılacaq və payızda Bundestaqda qəbul olunması gözlənilir.
Yeni qanun layihəsində terror məqsədilə ölkəyə daxil olmaq cinayət əməli kimi tanınacaq. Bu, xüsusilə hərbi təlim keçmiş və Almaniyada terror aktı törətmək məqsədi ilə gələn şəxslərə aid olacaq.
Təhlükəli obyektlərdən, məsələn, avtomobil və ya bıçaq kimi adi məişət əşyalarından istifadə edərək terror aktı hazırlayanlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu, əvvəlki qanunvericilikdə nəzərdə tutulmamışdı.
Xarici kəşfiyyat orqanları ilə əlaqədə olan şəxslərə nəzarət artırılacaq və bu şəxslərə qarşı cəzalar sərtləşdiriləcək.
Ədliyyə naziri bildirib ki, bu dəyişikliklər Almaniyada yaranan yeni təhlükələrə qarşı hüquqi sistemin uyğunlaşdırılması üçün nəzərdə tutulub.
Türkan İsgəndərli
tag: Almaniya,Terror,Müdafiə,Casus,Todaypress.tv,