Türkiyə “Şimşək-2” raketini təqdim etdi
Dünya
24.07.2025 12:36
Türkiyənin Roketsan şirkəti "IDEF 2025" beynəlxalq silah sərgisində yeni kosmik daşıyıcı raketi olan "Şimşək-2"-ni təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Raket 1500 kiloqrama qədər yükü 700 kilometrdən yüksək hündürlükdə günəşlə sinxron orbitə çıxarmağa qadirdir. İkipilləli maye yanacaqla işləyən raketin hündürlüyü 40 metrdir.
Şirkət bildirib ki, raketin ilk sınaq buraxılışı 2027-ci ildə "Şimşək-1" peyki ilə həyata keçiriləcək.
Roketsan-ın seosu Murat İkinci deyib ki, bu layihə Türkiyənin kosmosa müstəqil çıxışını təmin edəcək.
Qeyd edək ki, 2024-cü ilin yanvarında prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin öz kosmik proqramının olduğunu açıqlamış və yaxın illərdə təlim keçmiş astronavtların iştirakı ilə raket buraxılışları planlaşdırdıqlarını demişdi.
Türkan İsgəndərli
tag: Türkiyə,Roketsan,Şimşək-2,Orbit,Todaypress.tv,