Qreminger: "Rusiya və Ukrayna danışıqlarında problemlər var"
Dünya
04.07.2025 11:27
ATƏT-in keçmiş Baş katibi və hazırda Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin icraçı direktoru olan Tomas Qreminger Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında strukturlaşdırılmış və razılaşdırılmış gündəliyin olmamasının ciddi problemlər yaratdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Onun sözlərinə görə, son vaxtlar Kiyev və Moskva arasında müəyyən siyasi impulslar müşahidə olunur və bu da danışıqların mümkün bərpası üçün zəmin yarada bilər.
“Bir neçə məhbus mübadiləsi baş verib və bu, müsbət haldır”, – deyə o əlavə edib.
Qreminger həmçinin vurğulayıb ki, 2022-ci ildə keçirilən danışıqlar, tərəflər arasında mövcud olan təmaslara nisbətən daha strukturlaşdırılmış və məqsədyönlü olub.
Ekspertin fikrincə, danışıqların effektiv bərpası üçün beynəlxalq vasitəçilərin daha fəal rolu və tərəfləri masa arxasına gətirə biləcək konkret təşəbbüslər lazımdır.
Türkan İsgəndərli
tag: ATƏT,Tomas Qreminger,Rusiya,Ukrayna,Todaypress.tv,