Almaniya Qəzzaya yardım üçün iki təyyarə göndərdi
Dünya
29.07.2025 16:49
Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Almaniya Qəzza zolağına humanitar yardımın havadan çatdırılması missiyasında iştirak etmək üçün iki A400M hərbi nəqliyyat təyyarəsini İordaniyaya göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Berlində İordaniya kralı II Abdulla ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Mertsin sözlərinə görə, təyyarələr artıq yoldadır və İordaniyada təchizat və yanacaqla təmin edildikdən sonra ən geci həftənin sonuna qədər və ya bəlkə də sabahdan missiyanı yerinə yetirməyə başlayacaqlar. O, bu proses üçün şərait yaratdığına görə İordaniya kralına təşəkkür edib.
Merts qeyd edib ki, bu təşəbbüs İsrail hökuməti, Fransa və Böyük Britaniya ilə koordinasiyalı şəkildə həyata keçirilir. Məqsəd Qəzzadakı mülki əhaliyə təcili humanitar yardım çatdırmaqdır.
Türkan İsgəndərli
tag: Almaniya,Qəzza,İsrail,Fələstin,Todaypress.tv,