Almaniya Qəzzaya yardım göndərdi

Dünya

01.08.2025 15:34

Almaniya Silahlı Qüvvələri (Bundesver) Qəzza zolağının mülki əhalisinə hava yolu ilə humanitar yardım çatdırılması əməliyyatına start verib.

TodayPress TV xəbər verir ki, Almaniya Hərbi Hava Qüvvələrinin təyyarələri artıq ilk mərhələdə 34 palet ərzaq və dərman vasitəsini Qəzza üzərindən yerə atıb.

Yardımlar, İordaniya Haşimi Xeyriyyə Təşkilatı (JHCO) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, hazırda Qəzzada kəskin ərzaq və dərman çatışmazlığı yaşanır.

Onun sözlərinə görə, kansler Fridrix Merts və xarici işlər naziri Yohan Vadeful ilə birlikdə bu humanitar missiyanın həyata keçirilməsinə qərar verilib.

Pistorius vurğulayıb ki, İsrail Qəzza sakinlərinə hərtərəfli humanitar yardımın çatdırılmasını təmin etməlidir və Almaniya bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Xarici işlər naziri Yohan Vadeful isə bildirib ki, hava damcıları (airdrop) yardımların tez çatdırılması üçün əlavə vasitədir, lakin yerüstü humanitar marşrutlar hələ də əsas vasitə olaraq qalır.

Vadeful həmçinin İsrail hökumətini BMT və digər beynəlxalq təşkilatlara təhlükəsiz giriş və yardımın paylanmasını təmin etməyə çağırıb.

Türkan İsgəndərli

tag: Almaniya,Qəzza,Yardım,Humanitar,Todaypress.tv,