Almaniya Polşaya təhlükəsizlik zəmanətləri təklif etdi

Dünya

15.09.2025 13:20

Almaniya hökumətinin nümayəndəsi Knut Abraham bildirib ki, Berlin Polşaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

TodayPress TV-nin məlumatına görə, o, bu barədə Polşa Prezidenti Karol Navrotskinin Almaniyaya gözlənilən səfəri ərəfəsində “RND” redaksiya birliyinə verdiyi müsahibədə danışıb.

Abraham qeyd edib ki, Almaniya İkinci Dünya müharibəsi ilə bağlı Polşaya təzminat ödəmək əvəzinə təhlükəsizlik zəmanətləri təklif etməyə hazırdır.

“Təzminat məsələsi hüquqi baxımdan artıq həll olunub. Faşist Almaniyasının İkinci Dünya müharibəsində törətdiyi cinayətlərə görə Almaniyanın Polşa qarşısındakı öhdəliklərini müasir formada yenidən şərh etməyə ehtiyac var. Almaniya və Polşa bir-birinin yanındadır və bu münasibətləri həm hərbi, həm də maliyyə baxımından gücləndirmək lazımdır”, – deyə Abraham vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya,Polşa,Zəmanət,Təklif,Todaypress.tv,