Almaniya Polşaya qırıcı göndərir
Almaniya Hərbi Hava Qüvvələri, NATO-nun şərq cinahını gücləndirmək məqsədilə Polşaya beş ədəd "Eurofighter EF-2000 Typhoon" qırıcısı göndərir.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.
O bildirib ki, bu qırıcılar yaxın həftələrdə Polşanın hava məkanını qoruyacaq və NATO-nun hava hücumundan müdafiə əməliyyatına dəstək verəcək.
Qırıcılar Varşava yaxınlığındakı Minsk aerodromunda yerləşdiriləcək.
Qeyd edək ki, hazırda Polşanın hava məkanında patrul xidməti NATO-nun Hava Polisi əməliyyatı çərçivəsində aparılır.
Türkan İsgəndərli