Almaniya Kansleri: İsrail və HƏMAS arasında əldə olunan razılaşma ümid yaradır

Almaniya Kansleri: İsrail və HƏMAS arasında əldə olunan razılaşma ümid yaradır
09.10.2025 13:30 Dünya

Almaniya İsrail ilə HƏMAS arasında razılaşmanın əldə olunmasını alqışlayıb.

TodayPress TV xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts X platformasındakı paylaşımında əldə olunan razılaşmanın ilk addımlarının ümid yaratdığını qeyd edib: “Bu razılaşma girovlar və onların ailələri, Qəzza əhalisi, eləcə də bütün region üçün yeni bir ümid deməkdir. Uzun fasilədən sonra bölgədə sülhün real perspektivi yaranıb”.

Tərəfləri öhdəliklərinə sadiq qalmağa, müharibəyə son qoymağa və davamlı sülhə aparan yolu açmağa çağıran Kansler Almaniyanın bu prosesi qətiyyətlə dəstəkləməkdə davam edəcəyini bildirib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful da X səhifəsindəki paylaşımında danışıqlarda əldə olunan irəliləyişə görə məmnunluğunu ifadə edərək bildirib: “Birinci mərhələyə dair razılıq girovların azad olunmasının və atəşkəsin yaxınlaşdığı anlamına gəlir. Almaniya sülh istiqamətində atılacaq növbəti addımları dəstəkləməyə hazırdır”.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 Bütün Xəbərlər