Almaniya İsrailə silah ixracını dayandırır

Almaniya İsrailə silah ixracını dayandırır
08.08.2025 15:30 Dünya

Almaniya kansleri Fridrix Merts bildirib ki, rəsmi Berlin İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək planlarına görə bu ölkəyə silah tədarükü üçün icazələri dayandırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Kanslerin sözlərinə görə, Almaniya İsrail Nazirlər Kabinetinin daha sərt hərbi tədbirlər görmək qərarı ilə bağlı planına qarşıdır.

Xatırladaq ki, avqustun 8-də İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun Qəzzada İsrail Müdafiə Qüvvələrinin (IDF) nəzarəti yaratmaq planını təsdiqləyib. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər