Almaniya deputatların Rusiya ilə əməkdaşlıq təklifini rədd edir
Dünya
11.06.2025 12:43
Almaniya Sosial Demokrat Partiyasının (SDPG) deputatı Sebastyan Fidlər həmkarlarının kansler Fridrix Merts və onun hökumətinə ABŞ raketlərinin Almaniyada yerləşdirilməsindən imtina edilməsi və Rusiya ilə danışıqlara başlanması ilə bağlı təklifini kəskin tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Tagesschau” yayıb.
Fidlər bildirib ki, bu sənəd onu qıcıqlandırıb, narahat edib və qəzəbləndirib.
“Bəzi şəxslər Rusiyayla — müharibə cinayətləri törətmiş və başqa ölkələri hədəfə almağa hazır olan bir dövlətlə — əməkdaşlıqdan danışır. Bu, qəbuledilməzdir”, – deyə deputat vurğulayıb.
Fidlər əlavə edib ki, Almaniya hökumətinin mövcud kursunun qəti tərəfdarıdır və SDPG-nin 85%-nin hökumət koalisiyasını dəstəklədiyini xatırladıb. Onun sözlərinə görə, partiyanın rəsmi mövqeyi bu təkliflərdən tamamilə fərqlənir.
Qiymət Mahir
tag: Almaniya,Rusiya,Deputat,Əməkdaşlıq,