"Allianz" rəhbəri: "Almaniya yenidən “Avropanın xəstə adamı” ola bilər"

"Allianz" rəhbəri: "Almaniya yenidən “Avropanın xəstə adamı” ola bilər"
16.07.2025 17:54 Dünya

Almaniyanın aparıcı sığorta şirkəti "Allianz"ın rəhbəri Oliver Bete ölkəsinin sosial təminat sistemindəki problemlər səbəbilə yenidən “Avropanın xəstə adamı”na çevrilə biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, “Financial Times”a danışan Bete Almaniyanın hazırkı vəziyyətinin 1997-ci ilə bənzədiyini deyib:

“O zaman bizi "xəstə adam" adlandırırdılar. Növbəti 10 il üçün proqnozum budur ki, sosial təminat sistemimiz ciddi çətinliklərlə üzləşəcək”.

Qeyd olunur ki, Almaniya iqtisadiyyatı son iki il ərzində geriləyir. Ölkənin sosial müdafiəyə xərcləri yüksək olsa da, onların artım tempi zəifdir.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər