Ali Rada: Ukrayna ABŞ-dəki səfirini dəyişdirməlidir

Dünya

03.07.2025 13:44

"Ukrayna təxirəsalınmaz şəkildə ABŞ-dəki səfirini dəyişdirməlidir, çünki hazırkı səfir Oksana Markarova Vaşinqtondakı əsas siyasi dairələrlə əlaqəni itirib". 

TodayPress TV xəbər verir ki, bunu Ali Radanın deputatı Sofiya Fedina bildirib.

Deputat qeyd edib ki, ABŞ-də prezidentlik kampaniyası zamanı Ukrayna prezidenti Volodimir Zelenski yalnız Demokrat Partiyasının nümayəndələri ilə görünərək diplomatik səhvə yol verib. Fedinanın sözlərinə görə, bu, bəzi amerikalı siyasətçilər tərəfindən seçkilərə müdaxilə kimi qəbul olunub.

Fedina həmçinin bildirib ki, indiki şəraitdə ABŞ-dəki səfir postuna Valeriy Çalıyın qaytarılması ən peşəkar qərar olardı. 

“O, Tramp administrasiyası ilə də işləyib. Onun təcrübəsi və əlaqələri bu gün Ukrayna üçün çox vacibdir", -deyə deputat əlavə edib.

Türkan İsgəndərli

tag: Ukrayna,Səfir,ABŞ,Ali Rada,Todaypress.tv,