AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil
Dünya
22.10.2025 08:19
Avropa Komissiyası Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil.
TodayPress TV-nin xəbərinə görə, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən gün Avropa İttifaqı Şurası 2028-ci ildən etibarən quruma üzv olan ölkələrə özündə Rusiya qazının alınmasına tam qadağa qoyulmasını ehtiva edən "RePowerEU" planı ilə bağlı mövqeyini təsdiqləyib:
"Bu qərar o demək deyil ki, Aİ ölkələri Rusiya qazının üçüncü ölkələrə, məsələn, Serbiyaya tranzitini dayandırmalı olacaqlar".
Kos, Aİ-nin Serbiyanın Avropa enerji bazarına maksimum inteqrasiyasını dəstəklədiyini əlavə edərək, ölkəni Avropadan qaz idxal etməklə tədarükünü diversifikasiyasına çağırıb.
tag: Avropa, Serbiya, Rusiya, Qaz, todaypress.tv,
 
        
 
                                ![Tramp Rusiyaya sanksiya tətbiq etməyə [[hazır deyil]]](/uploads/news/6871f0a30e089.webp) 
                                            ![[[Medvedyev:]] ABŞ Rusiyaya qarşı “döyüş yolundadır”](/uploads/news/68f9f894060d3.webp) 
                                            ![Belarus-Litva sərhədində [[1600-dən çox yük maşını]] ehtiyatda saxlanılır](/uploads/news/68fc8c3ad90e8.webp) 
                                            ![Ukrayna nazirliklərin [[qərbə köçürülməsinə]] hazırlaşır?](/uploads/news/6868de240ef94.webp) 
                                            ![Fransada iğtişaşlarda [[300-dən çox aksiyaçı]] saxlanıldı](/uploads/news/68c1baca69950.webp) 
                                             
                                            ![Pezeşkian İsraildən müharibəni dayandırmağı [[tələb etdi]]](/uploads/news/68552a3f001d1.webp) 
                                            ![Türkiyədə [[zəlzələ]] oldu](/uploads/news/68fe62965ce3f.webp) 
                                            ![[[Ərdoğan və Tramp]] İsrail-İran gərginliyini müzakirə etdilər](/uploads/news/684dcdc1883fa.webp) 
                                            ![[[Yaponiya Rusiyadan]] qaz idxalından imtina etməyəcək](/uploads/news/69026c8a09e04.webp) 
                                            