Aİ və ABŞ arasında tariflərlə bağlı danışıqlar davam edir
Dünya
24.07.2025 18:45
Avropa İttifaqı (Aİ) və ABŞ arasında tariflərə dair danışıqlar intensiv şəkildə davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında açıqlama verib.
Olof Gill bildirib ki, Aİ və ABŞ texniki və siyasi səviyyədə danışıqları fəal şəkildə davam etdirir:
"Məqsədimiz ABŞ ilə razılaşdırılmış bir nəticəyə çatmaqdır. Belə bir nəticəyə nail olmağın mümkün olduğuna inanırıq”.
Eyni zamanda, ABŞ ilə ticarət razılaşması əldə olunmadığı təqdirdə Aİ tərəfindən cavab tədbirləri gündəmə gətirilib. Aİ-yə üzv ölkələr bu gün dəyəri 93 milyard avro olan ABŞ məhsullarına qarşı mümkün sanksiyaların siyahısını səsə qoyub.
Beləliklə, daha əvvəl hazırlanmış 21 milyard avro və 72 milyard avro dəyərindəki iki fərqli qarşı tədbir paketi birləşdirilərək vahid siyahı şəklinə salınıb. ABŞ ilə razılaşma baş tutmadığı halda Aİ-nin bu tədbirləri 7 avqustdan etibarən mərhələli şəkildə tətbiq olunacaq.
Töhfə Səməd
tag: Avropa İttifaqı,ABŞ,Tariflər,Olof Gill ,Todaypress.tv,