Papa Leo ukraynalı uşaqlarla görüşdü
Dünya
04.07.2025 15:00
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Yay Mərkəzinin iştirakçıları və 300-dək ukraynalı uşaqla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə Roma Papası uşaqlara sülh və dostluq qurucuları olmağı, nifrət və paxıllığı təbliğ etməməyi tövsiyə edib. Papa Leo uşaqlara xeyir-dua verib, onlarla söhbət edib və suallarını cavablandırıb.Uşaqlar Roma Papasına çəkdikləri rəsmləri təqdim ediblər, onunla birgə foto çəkdiriblər.
tag: Papa,Leo,Ukrayna,Uşaqlar,Görüş,Todaypress.tv,

