Aİ Ukraynaya 1.4 milyard avro yardım edəcək
Rusiya aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro Ukraynaya veriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen öz “X” hesabında yazıb.
“Məbləğ ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır”, - diplomat yazıb.
Bu günə qədər Avropa Birliyi Ukraynaya ümumilikdə 194,9 milyard avro dəstək göstərib.
Aynur TAC